Meksikada silahlı hücum: 6 ölü

20 Avqust 2019 09:19

Meksikanın Samora şəhərində (Miçoakan ştatı) naməlum silahlılar bir qrup insana hücum edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, insident nəticəsində 6 nəfər həlak olub. Onlardan 4-ü kişi, 2-si isə qadın olub.

Bildirilir ki, hücum baş verən rayonda bir neçə cinayətkar qruplaşma ərazi üzərində nəzarəti səbəbindən mübarizə aparır.

Milli.Az