Astarada 4 ay əvvəl itkin düşən qadın axtarışa verildi

19 Avqust 2019 19:57

Astara rayonunda 40 yaşlı qadın itkin düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib.

Kənd sakini Hüseynova Aysel Asf qızı polisə müraciət edərək bildirib ki, anası, 1979-cu il təvəllüdlü Hüseynova Sadiqə Falat qızı 4 ay əvvəl yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az