Arıqlamağı dayandırdı: yoxsa ürəyi yatacaqdı - FOTO

12 Sentyabr 2019 22:30

Britaniyalı Hayli Harris əvvəllər çox az qidalandığından anoreksiyaya tutulmuşdu.

Milli.Az bildirir ki, Haylinin çəkisi 38 kiloqrama düşmüşdü. Həkimlər növbəti müayinə zamanı ona dedilər ki, əgər arıqlamağı dayandırmayıb, çəkisini bərpa etməsə, ürəyi yata bilər.

Hayli həyatını dəyişdi, sağlam qidalanmağa və məşqlərə başladı.

İndi o, İnstagram-dakı profili vasitəsilə insanları sağlam həyata motivasiya edir.

Milli.Az