Kökəlib gözəlliyini itirən Fahriye Evcen oğlunun FOTOsunu paylaşdı

19 Avqust 2019 21:50

Son günlərdə ana olduqdan sonra kökəlməsi ilə gündəmə gələ Fəhriye Evcen oğlu Karanın fotosunu paylaşıb.

Milli.Az "Ölkə.az"a istinadən xəbər verir ki,  Fahriyenin kökəlməsi müzakirə mövzusu olsa da, ona dəstək verənlər də çox olub.  Kökəlməsinə elə ilk reaksiya Fahriyenin özündən gəlib: " Hər ana, hər qadın çox gözəldir". Fahriyanın əri  Burak Özçivit də həyat yoldaşının kökəlməsinə belə bir reaksiya  verib: " Fahriye hər hali ilə o qədər gözəldir ki, ona olan eşqim hər gün artır".

Pərəstişkarları da onun  yanında olduqlarını bəyan edərək dəstək veriblər. 

Bu dəfə isə Fahriyə oğlu Karan ilə birgə fotosunu paylaşaraq, cəmiyyətə göstərib.  Ancaq bu fotoda da Fahriyə bacardıqca oğlu cəmiyyətə tam göstərməkdən qaçıb. Onu ancaq  şüşə arxasında olan fotosu paylaşılıb. 

Milli.Az