“Yeni peyğəmbər” peyda oldu, polis həbs etdi

19 Avqust 2019 20:45

Türkiyənin Elazığ şəhərində yaşayan H.D. adlı şəxs Allahın adından danışdığını, 500-ə yaxın müridinin onu "peyğəmbər" elan etdiyini iddia edib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, saxta peyğəmbərin müridləri arasında ölkənin tanınmış iş adamlarının və məşhur simaların olduğu bildirilib.

H.D.-nin özünü peyğəmbər elan etməsindən sonra Türkiyə Baş Prokurorluğu məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

H.D.-nin istintaq çərçivəsində saxlanıldığı bildirilib.

Milli.Az