Rusiyanın əməkdar artisti İNTİHAR ETDİ - FOTO

19 Avqust 2019 17:37

Rusiyanın tanınmış musiqiçisi, əməkdar artisti Mixail Romanov intihar edib.

Milli.Az "Ölkə.az"a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib.

Əməkdar artistin meyiti Sankt-Peterburqdakı evlərinin yaxınlığında tapılıb. Qeyd edilir ki, Romanovun psixoloji problemlərdən əziyyət çəkib. Və bunun nəticəsində işdən azad edilib. Qeyd edilir ki, Romanov psixiatrik dərmanlar qəbul edirmiş.  Onun hansı formada intihar etdiyi barədə məlumat verilmir. 

Qeyd edək ki, M.Romanov 68 yaşında idi.

Milli.Az