Xalq artistləri izləyicisini təhqir etdi

19 Avqust 2019 20:09

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların səhifəsindən izləyiciyə təhqir yazılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onların İnstaqramda paylaşılan fotosunun şərh bölümündə izləyiciyə yazılan şərh belədir:

"Bədbəxt, sən özün elə yazıq yaranmısan ki, profilindəki körpəni bağrına basıb Allahdan etdiyin günahlara rəhm dilə. Dilə ki, balandan çıxarmasın. İnsanlıq, gözəllik bu deməkdir, ay cahil insan".

Qeyd edək ki, izləyicinin şərhi isə paylaşımın altında görünmür. Bu rəyin hansı sözlər əsasında yazıldığı bilinmir.

Milli.Az