“The Rock” evləndi - FOTO

19 Avqust 2019 19:59

"The Rock" ləqəbli aktyor Dwayne Johnson sevgilisi Lauren Hashianla evlənib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, 47 yaşlı kino ulduzu bu barədə instaqram səhifəsində məlumat yayıb. 

O, 18 avqustda Havay adalarında ailə qurub. Toy fotolarını isə cütlük instaqram sosial şəbəkəsində paylaşıb. 

Qeyd edək ki, Johnson və Laurenin iki övladı var.

Milli.Az