Məşhur aktyor "Kuzqun"da

19 Avqust 2019 19:54

Star TV-də yayımlanan "Kuzqun" serialına yeni sima daxil olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ötən mövsüm "Çarpışma" serialındakı Veli Cevher obrazı ilə tamaşaçı qarşısına keçən Onur Saylak bu dəfə sözügedən ekran işi ilə efirlərə qayıdacaq.

Saylak serialın əsas obrazlarından olan Fermana həyat verəcək.

Qeyd edək ki, "Kuzqun"da baş rolları Burcu Biricik və Barış Arduç canlandırır.

Milli.Az