Keçmiş komanda yoldaşı Ronaldunu eqoist adlandırdı

19 Avqust 2019 19:09

Məşhur uruqvaylı futbolçu Dieqo Forlan Kriştianu Ronaldu barədə danışıb. 
 
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Forlan Kriştianu Ronaldu ilə birgə "Mançester Yunayted"də oynayıb. O, portuqal futbolçunun özündənrazı olduğunu iddia edib: 
 
"Bekhemdən fərqli olaraq, Ronaldo paltardəyişmə otağında eqoist idi. O, həmişə güzgü qarşısında olmağa çalışırdı. Hətta deyərdim ki, bütün gününü güzgünün önündə keçirirdi". 
 
Forlan MY-də 2002-2004-cü illərdə çıxış edib. O, karyerasını bu ilin yayında bitirib. 

Milli.Az