O da aparıcılığa başladı

19 Avqust 2019 19:39

Aktrisa Ülviyyə Xəlilbəyli də aparıcı kimi fəaliyyətə başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ülviyyə ARB telekanalında tamaşaçıların qarşısına çıxıb. Aktrisa "Tərz+" adlı verilişlə efirə çıxıb.

Proqram qadınlardan, dəb və gözəllikdən bəhs edir.

Qeyd edək ki, Ülviyyə aktyor Murad İsmayılla ailəlidir.

Milli.Az