“Maşın” realiti şousu yenidən başlayır

19 Avqust 2019 19:24

Reytinqləri alt-üst edən "Maşın" realiti şousu yenidən start götürəcək.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, "M Group Production" şirkətinin istehsalı olan layihə oktyabr ayının 1-dən start götürəcək.

Budəfəki sürətdə tamaşaçıları bir çox yeniliklər gözləyir.

Xalq artisti Murad Dadaşovun aparıcılığı ilə davam edən şou ənənəvi olaraq ATV kanalında yayımlanacaq. 

Milli.Az