“Çelsi” - “Lester” matçının baş hakimi tıxaca düşdü, oyunu 4-cü hakim idarə etdi

19 Avqust 2019 19:29

İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilən "Çelsi" - "Lester" oyununa əvvəlcədən təyinat alan hakim Qraham Skott tıxacda qalaraq gecikib və təyinatını yerinə yetirə bilməyib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Stemford Bric"də keçirilən qarşılaşmanı 4-cü hakim Oliver Lanqford idarə edib.

Qraham Skott Londonda yolda zəncirvari qəza baş verdiyi üçün tıxaca düşüb. Oyunun başlamasına 10 dəqiqə qalmış stadiona çatan Qrahamın görüşü idarə etməsinə icazə verilməyib.

Oyunu idarə edən Oliver Lanqford isə hakimlik karyerasında ilk dəfə Premyer Liqada baş hakim olub.

"Çelsi" - "Lester" matçı 1:1 hesabıyla bitib.

Milli.Az