ABŞ bu ölkəyə daha dörd F-35 göndərir

19 Avqust 2019 18:24

Bu həftə ərzində daha dörd ədəd F-35A beşinci nəsil qırıcısı Cənubi Koreyaya göndəriləcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Məlumata görə, həftənin cümə axşamı təyyarələr Çxoncudakı hərbi-hava bazasına enəcək.

Bununla da ABŞ-ın Cənubi Koreyaya verdiyi F-35 təyyarələrinin sayı 8-ə çatıb.

Milli.Az