“Atletiko” fanatları Qrizmannı təhqir etdilər - FOTO

19 Avqust 2019 18:09

"Atletiko" azarkeşləri bu yay "Barselona"ya keçən sabiq futbolçuları Antuan Qrizmanna növbəti dəfə kəskin etirazlarını bildiriblər.

Milli.Az qol.az-a istinadla xəbər verir ki, dünən "Hetafe" ilə ev matçından (1:0) əvvəl bir qrup fanat "Vanda Metropolitano" stadionunun qarşısında fransalı futbolçunun soyadı yazılan xatirə lövhəsini təhqir ediblər.

Lövhənin üzərinə tum qabığı və və pivənin əzilmiş qabı atılıb. Soyadın üzərinə isə yapışqan vurulub.

Milli.Az