Sərxoş kişi İlhaməni bıçaqladı

13 Aprel 2010 13:34
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, aprelin 12-də sat 18:00 radələrində Sabirabad rayon sakini Hörmət Əhmədov şəxsi münaqişə zəmimnədə Bakı sakini İlhamə Bayramovanı bıçaqlayıb. Keçmiş məhkum olan H.Əhmədov hadisəni törədərkən sərxoş halda olub.
 
Qarın nahiyyəsindən ağır xəsarət alan İ.Bayramova 2 saylı xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb. 

H.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

Anar Məmmədov
Milli.Az