Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO

19 Avqust 2019 12:17

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin "qara qutusu" tapılaraq dənizdən çıxarılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə "qara qutunun" texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.

Milli.Az