Quzu ətindən dadlı yemək - LƏZİZ TƏAMIN HAZIRLANMA QAYDASI

19 Avqust 2019 22:30

Süfrənizdə dəyişik bir dad axdarırsınız? Bu gözəl ləzzətli yeməklə özünüzü şadlandırın. Hazırlanma qaydası olduqca asan olan bu yeməyi bir dəfə daddıqdan sonra imtina edə bilməyəcəksiniz. Qonaqlarınızı razı salma və onlara ləziz gün keçiritmək üçün zövq oxşayan bu yeməyi menyunuza mütləq salın. Milli.Az medicina.az-a istinadən asan və ləziz təamın reseptini təqdim edir.

LAZIM OLANLAR:

·1 kq. quzu əti

·2 yemək qaşığı kərə yağı

·1 yemək qaşığı un

·yarım stəkan qırmızı şərab

·1 pomidor

·1 baş soğan

·5 ədəd mixək

·1 orta boy yerkökü

·1 darçın qabığı

·yarım limonun suyu

·qaraistiot

·duz

Hazırlanma qaydası:

Əti doğrayıb bir kasada dincəlməyə qoyun. Duz, qara istiot və limon suyu əlavə edib, bir saat müddətində soyuducuda saxlayın. Kərə yağını içi geniş bir qazanda əridin. Əti əlavə edib, nar kimi qızardın. Bişdikcə kənara çıxardıb, isti qalması üçün ağzı bağlı qaba yerləşdirin. Tavada qalan kərə yağının içinə un əlavə edib yaxşıca qarışdırın.

Şərabı, rəndələnmiş pamidoru və bir sətkan su töküb qarışdırın. Sos qatılaşana kimi bişirin. Təxminən 10-15 dəqiqə. Daha sonra mixəkləri baş soğanlara keçirin. Əti bir tavaya yerləşdirin, aralarına da soğanları qoyun. Dörd yerə bölünmüş yerköklərini, darçın qabığını,duz və istiotu əlavə edin. Hazırladığınız sousu süzgəçlə ətin üzərinə süzün. bir stəkan su əlavə edərək tavanın qapağını bağlayın. 45-50 dəqiqə bişdikdən sonra isti-isti süfrəyə təqdim edin. (Ayrıca və plovla birgə də təqdim edə bilərsiniz). Nuş olsun.

Milli.Az