Uşaqlarda bu dəri xəstəliyində antibiotiklər lazım deyil - Həkimlərə xəbərdarlıq

19 Avqust 2019 23:10

İmpetiqo adlı  dərinin bakterioloji infeksiyası olub, daha çox körpələrdə rast gəlinən yara, qabarcıq, suluq, qabıq formasında görünür. 

Bu vaxta kimi onun müalicəsində antibiotik terapiya tətbiq edilib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Britaniya Milli Sağlamlıq institutu həkimlərə və pediatralara artıq bu xəstəliyin antibiotiklərlə yox, antieptiklərə keçməyi və 3 həftə müalicə etməyi tövsiyyə edir. 

Düzdür antibiotiklər xəstəliyi dahatez sağaldır, amma bu da uşaqda antibakterial rezisdentlik yaradır, ona görə bu kimi xəstəliklərdə 3 həftəlik gözləmə müalicəsi seçilməlidir. 

Xəstəlik antiseptik kremlərə təslim olur, eləcə də perekislə silinməlidir. 

Əgər xəstəlik bu müalicəyə tabe olmasa, dəridə yayılsa, yalnız o zaman antibiotik təyin edilə bilər. Eyni vaxtda yerli antibiotik  mazla peroral qəbulu təyin etmək olmaz. Təkcə dərman kifayətdir. 

Milli.Az