"İnter" "Mançester Yunayted"dən daha bir futbolçu transfer edir

19 Avqust 2019 09:59

"İnter" heyətini yeni futbolçu ilə gücləndirir.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Milan təmsilçisi "Mançester Yunayted"dən Aleksis Sançesi transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. "İnter"in çilili oyunçu ilə anlaşdığı bildirilir.

A Seriyası təmsilçisi "Mançester Yunayted"lə də razılaşsa, Sançeslə uzun müddətli müqavilə imzalayacaq.

"İnter" bir müddət əvvəl "Mançester Yunayted"dən Romelu Lukakunu transfer etmişdi.

Milli.Az