İranın "Grace 1" tankeri Cəbəllütariqi tərk edib

19 Avqust 2019 08:33

İranın "Grace 1" tankeri Cəbəllütariqi tərk edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, gəmi yerli vaxtla saat 23:00-da İran bayrağı altında dənizə çıxıb.

Qeyd edəki, 4 iyul tarixində ABŞ-ın tələbi əsasında Suriyaya qarşı sanksiya rejimini pozmaqda şübhəli bilinərək İrana məxsus "Grace 1" tankeri Cəbəllütariqdə saxlanılmışdı.

Milli.Az