Moruq yığan Qəbələ sakini dağdan yıxıldı

18 Avqust 2019 23:27

Qəbələ rayonunda 1 nəfər dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

Milli.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşı xərəklə dağlıq ərazidən düşürərək aidiyyəti üzrə təhvil veriblər.

Yerli sakinlərin bildirdiynə görə, həmin şəxs dağlıq ərazidə moruq yığarkən yıxılıbmış...

Milli.Az