Şeydayev derbidə 90 dəqiqə oynadı

18 Avqust 2019 22:34

Rusiya Premyer Liqasında 6-cı turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" bu gün Moskva derbisində "Lokomotiv"i qəbul edib.  Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

R.Şeydayev sözügedən görüş üçün start heyətdə  yer alıb və 90 dəqiqə oynayıb.

6 oyundan sonra 5 xalı olan "Dinamo" 13-cü, 13 xalı olan "Lokomotiv" isə 2-ci yeri tutur.

Milli.Az