Ülvi Qənizadə dünya çempionatının gümüş medalını qazanıb

18 Avqust 2019 22:32

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yarışın son günündə mübarizə aparan daha bir təmsilçimiz medal qazanıb. Yunan-Roma güləşçimiz Ülvi Qənizadə (72 kiloqram) finalda rusiyalı Sergey Stepanova 1:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan güləşçiləri gənclər arasında dünya çempionatını 2 gümüş, 4 bürünc medalla başa vurublar.

Milli.Az