Cəbəllütariq ABŞ-ın "Grace1" İran tankerinin saxlanılması tələbini rədd edib

18 Avqust 2019 21:38

Cəbəllütariq Vaşinqtonun "Grace1" İran tankerinin həbs müddətinin uzadılması tələbini rədd edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə hakimiyyətinin bəyanatında deyilir.

Bildirilir ki, Aİ qanunvericiliyinin əhatə dairəsi daha dardır və gəminin daha sonra tutulması üçün heç bir əsas yoxdur:

"Hakimiyyət Avropa İttifaqı qanunvericiliyinin qüvvədə olduğu üçün və Aİ və ABŞ-da İrana qarşı tətbiq edilən sanksiyalardakı fərqlərə görə tələblərin icrasını tələb edə bilməz".

Milli.Az