İkinci turun oyunlarının başlama saatı açıqlandı

18 Avqust 2019 21:26

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunlarının vaxtı açıqlanıb.

Milli.Az bildirir ki, matçlar 3 günü əhatə edəcək. Turun bütün görüşləri "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

24 avqust (şənbə)

19:00. "Sumqayıt" - "Səbail"
"Kapital Bank Arena"

25 avqust (bazar)

18:45. "Sabah" - "Keşlə"
"Bank Respublika Arena"

21:00. "Qarabağ" - "Qəbələ"
"Azersun Arena"

26 avqust (bazar ertəsi)

19:00. "Zirə" - "Neftçi"
Zirə İdman Kompleksinin stadionu

Milli.Az