Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli hava əsasən olacaq
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti,
Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Cənub-şərq küləyi əsəcək
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Yağmursuz. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti°,
dağlarda gecə 14-18° isti, gündüz 25-30° isti təşkil edəcək.
Milli.Az