Göyçayda toy karvanında qəza - Yaralılar var - FOTO

17 Avqust 2019 20:51

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində toy karvanı qəzaya düşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Göyçayın Natavan küçəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, toy karvanında hərəkət edən  minik maşını qarşı tərəfdən gələn digər minik avtomobili toqquşub. Qəza nəticəsində  hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Milli.Az