Honq Konqda müəllimlər yürüş keçirir

17 Avqust 2019 20:27

Honq Konqda minlərlə məktəb müəllimi şəhərin liderinin rəsmi iqamətgahına dogru yürüş edib..

Yaxınlıqdakı meydanda böyük bir kütlə yürüş edərək, əllərində üzərində "Gələcək nəsli qoruyun" yazılan plakatlar tutub.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, müəllimlər iyun ayından bəri nümayiş keçirən və aralarında tələbələrin də olduğu etirazçılara dəstəklərinin nümayiş etdirmək üçün Hökümət Evinin ətrafındkı metal hasara ağ lent bağlayıblar. Onlar deyib ki, Karri Lam höküməti küçələrə axışan etriazçıların tələblərini qarşılamalıdır və onlara qarşı zorakılığa son qoymalıdır.

"Biz tələblərimizi, gənclərimizi müdafiə etmək istəyirik, ona görə də müəllimlər glib burada gənclər adına çıxış etməyə hazırdırlar. Biz həm də onların yanında durmaq istəyirik ki, onlar yalnız olmasın" - deyə, yürüşü təşkil edən Honq Konq Peşəkar Müəllimlər İttifaqının prezidenti Funq Vay-vay bildirib.

Honq Konqda etirazlar
Honq Konqda etirazlar

Etirazçıların Viktoria Limanın sahilində Koulun rayonunda yürüş edib. Bundan əlavə şənbə gününə hökümət tərəfdarı yürüş planlaşdırılıb.

İyun ayından bəri Honq Konqun mərkəzində üç kütləvi yürüş təşkil edən demokratiya tərəfdarı qrup bazar günü Viktoria Parkında mitinqin keçirilməsinə çağırıb.

Hərəkat çərçivəsində Lamın istefası, dmeokratik seçki və polis zorakılığı ilə bağlı istintaqın aparılmas tələb olunur.

Çinin yarı-hərbi Silahlı Xalq Polis Qüvvələrinin yüzlərlə üzvü Şenzen şəhərindəki stadionda təlim keçib. Bu isə onların Honq Konqda keçirilən etirazları dağıtmaq üçün istifadə edilə biləcəyinə dair spekulyasiyalara səbəb olub.

Avstraliya, Tayvanda etirazlar

Honq Konqdan kənarda da həm demokratiya tərəfdarı həm də Çin tərəfdarları nümayişlər keçirib.

Avstraliyada azı 200 etirazçı Sidneyin İcra Hakimiyyəti binasına doöru gediblər və orada "Uzun Yaşa Çin"şüarının səsləndirib, Çinin milli himnini ifa ediblər. Eyni zamanda isə Melburna demokratiya tərəfdarı yürüş keçirilib.

Meıburda cümə günü keçirilən yürüş zamanı polis təxminən 100 Çin tərəfdarı nümayişçini Honq Konqu dəstəkləyən etirazçılardan uzaqlaşdırmalı olub. Şənbə günü şəhərib cənubunda keçirilən etiraz aksiyası isə dinc olub.

Tayvanın paytaxıtnda isə insanlar Honq Konqdakı etirazlara dəstək əfleşmpb keçirib.

Milli.Az