AFFA "İnter"lə "Bakı"nı cəzalandırdı
13 Aprel 2010 13:26
Milli.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, iclasda Premyer Liqanın 27-ci turu müzakirə olunub.
AFFA bu tur Premyer Liqadan cəmi 2000 manat qazanıb. Belə ki, İntizam Komitəsi yalnız "İnter"lə "Bakı"nı cərimələyib.
"İnter" "Qəbələ" ilə, "Bakı" isə "Xəzər Lənkəran"la oyunda dörd futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə ödəyəcək.
Milli.Az