Bakıda avtomobilin yanması tıxaca səbəb olub - YENİLƏNİB - FOTO

17 Avqust 2019 16:31

16:31

Bakı şəhərinin Suraxanı rayonunda "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

----------

14:44

Bakıda avtomobil yolda yanıb.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hadisə bir qədər əvvəl Heydər Əliyev prospekti - Hava limanı avtomagistralında baş verib.

Magistralda hərəkətdə olan avtomobil qəfil alışıb. Bu səbəbdən hazırda qeyd edilən yolda (şəhər istiqamətində) sıxlıq müşahidə olunur.

Milli.Az