Türkiyədə avtobus aşdı - Ölən və xəsarət alanlar var

17 Avqust 2019 14:19

Türkiyənin qərbindəki Çanaqqala vilayətində avtobus aşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 26 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, sürücü idarəetməni itirdiyi üçün avtobus aşıb.

Milli.Az