Qrenlandiyanın qiyməti açıqlandı

17 Avqust 2019 15:24

Rusiyalı professor Konstantin Ordov Qrenlandiya adasının satış dəyərini açıqlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Ordov ABŞ-ın almaq istədiyi adanın qiymətinin 10 trilyon dollar ola biləcəyini deyib. Onun sözlərinə görə, bu qiymət ABŞ-ın ümumdaxili məhsulunun yarısı miqdarındadır.

Ordov adanın qiymətini kiçik adaların satış qiymətlərinə uyğun hesablayıb. Professor hazırda kiçik adaların satışı zamanı onların hər kvadrat kilometri üçün 5 milyon dollar istənildiyini bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Trampın Qrenlandiyanı almaq barədə fikirləşdiyi haqqında məlumat yaymışdı.

Milli.Az