"Tanrı"ya görə 120 nəfərin qanı töküldü - Hindistanda dini mərasim - VİDEO

17 Avqust 2019 11:19

Hindistanda keçirilən qəribə mərasim nəticəsində 120 nəfərdən çox insan xəsarət alıb.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, qədim tarixi olan mərasimdə insanlar bir-birlərini daşlayaraq Hindistan tanrısı Varahini sakitləşdirdiklərini düşünürlər. Adətə görə, yerli sakinlər tanrı üçün bir-birlərinin qanını çıxartmalıdırlar.

"Bagual" adlanan mərasimdə insanların xəsarət alacağı barədə xəbərdarlıq edilsə də, iştirakçılar buna əhəmiyyət vermədən bir-birlərini daşlayıb, qanını töküblər.

Nəticədə, bu il 120 nəfrədən çox insan xəsarət alıb.

Bəxtiyar Umarlı
Milli.Az