3 rayona 2 gün ərzində qaz verilməsində problem olmayacaq - YENİLƏNİB

17 Avqust 2019 10:41

10:41

Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində Qaz İxrac İdarəsinin balansında olan "Qazıməmməd-Qazax" magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə qaz təchizatının bu gün saat 10:00-dan etibarən 2 gün müddətinə dayandırılması texniki səbəblərdən təxirə salınıb. Yəni hər hansı məhdudiyyət olmayacaq.

---------

10:14

Bu gün saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a bildirilib ki, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.

Milli.Az