ABŞ-da 5,4 bal gücündə zəlzələ baş verib.

17 Avqust 2019 08:38

ABŞ-ın Oreqen ştatında 5,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələ yerli vaxtla saat 15:23-də qeydə alınıb. Zəlzələnin episentri Oreqen ştatının sahilində yerləşib

Yeraltı təkanların episentri 10 kilometr dərinlikdə yerləşib.

Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Milli.Az