İlin ən yaxşı smartfonu məlum olub

20 Avqust 2019 08:21

Audio və videotexnika üzrə Avropa Jurnallar Assosiasiyası (European Imaging and Sound Association, EISA) 2019-2020-ci illər üçün ən yaxşı qurğular reytinqini təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, assosiasiyanın siyahısına görə, "Huawei P30 Pro" ilin ən yaxşı smartfon modeli seçilib. Çin şirkətinin qurğuları ardıcıl ikinci ildir birinciliyə sahib çıxır. Belə ki, ötən il "Huawei P20 Pro" modeli ən yaxşı smartfon olub.

Ən mütərəqqi smartfon kimi "OnePlus 7 Pro" seçilib. İlin ən çox satılan modeli isə "Xiaomi Redmi Note 7" olub. Daha bir "Huawei" məhsulu - "Honor 20 Pro" ən yaxşı "LifeStyle" smartfon nominasiyasında qalib gəlib.

Bundan başqa, assosiasiya ən yaxşı simsiz qulaqcığı (JBL Reflect Flow), ən yaxşı küyü azaldan qulaqcığı (Sony WH-1000XM3), ən yaxşı portativ kolonkanı (LG XBOOM GO PK7) və əyləncə gecələri üçün ən yaxşı kolonkanı (JBL PartyBox 100) açıqlayıb.

Milli.Az