Nəsrin məşhur aktyorla sevgili oldu

16 Avqust 2019 19:09

Aktrisa Nəsrin Cavadzadənin yeni sevgilisinin olması xəbəri yayılıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, türk mətbuatı iddia edir ki, o, birlikdə baş rol oynadığı "Aşk tesadüfleri sever 2" filmindəki aktyor Yiğit Kirazcı ilə sevgilidir.

Çəkilişlər zamanı tanış olan sənətçilərin dostluğu qısa zamanda sevgi münasibətinə çevirilib. Gözlərdən uzaq münasibət yaşamağı seçən cütlük bu xəbəri yaxın dostları ilə paylaşıb.

Mətbuata görüntü verməmək üçün daha çox evdə görüşən sevgililər ötən həftə bilinməyən bir səbəbdən mübahisə edib. Binaya səs salan Kirazcı evini tərk edən aktrisanın ardınca qışqırması da iddialar arasındadır.

Milli.Az