Atasının aldığı "BMW"ni çayda batıran gənc: "Jaguar" istəyirəm" - VİDEO

16 Avqust 2019 17:04

Hindistanın Yamunanagar şəhər sakini, doğum günü üçün ona atası tərəfindən hədiyyə edilən 50 min dollar dəyərində "BMW" markalı avtomobili çayda batırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb gəncin "Jaguar" almaq istəyi olub. 22 yaşlı oğlan valideynlərinin ona hörmətsizlik etdiyini düşünüb və qəzəbdən maşınını çaya sürərək batırıb.

Avtomobilin çaydan çıxarılıb-çıxarılmaması isə məlum deyil.

Milli.Az