Urinoterapiya nədir? - Sidiklə müalicə necə aparılır?

18 Avqust 2019 22:35

Urinoterapiya - çox qədim bir müalicə metodudur. Hələ qədim şumerlər, hind sivilizasiyası, qədim Misirdə sidik müxtəlif kahinlər və təbiblər tərəfindən istifadə edilirdi.

Müasir tibb bunu qəbul etməsə də ötən əsrin 30-ci illərində keçmiş SSRİ ərazisində, Rusiya və digər dövlətlərdə bu haqda danışır, yazır, hətta kitablar çap olunub.

Milli.Az anaveusaq.az-a istinadən bildirir ki, akademik təbabət bu günə kimi sidiyin faydalı yoxsa zərərli olub olmaması barədə bir fikrə gələ bilmir. Elə həkim və alimlər var, bu metodu inkar etmir. Amma hazırda heç bir xəstəliyin müalicəsində sidik tibbi olaraq istifadə olunmur.

Daha çox Hindistanda yayılmış urinoterapiya indi də orda tanınmış simalar, siyasətçilər, alimlər tərəfindən öz sağlamlıqları üçün istifadə olunur.
Hindlilər hamilə qadının sidiyinin sonsuz və impotent kişini müalicə etdiyini bildirir. Çünki hamilə sidiyində spesifik cinsi hormonlar çox olur.

1937-ci ildə Moskvada Dövlət elmi tədqiqat institutunun nəzdində uroqravidanoterapiya bölməsi açılır. Sonradan onu bağladılar.

Medicina.az son günlər xalq artisti Flora Kərimovanın müalicə metodu kimi gündəmə gələn urinoterapiyanın tarixi, tətbiqi və faydaları barədə araşdırmanı təqdim edir:

Urina nədir?

İlk növbədə sidik, yəni urinanın tərkibinə baxaq. Urinada qanla böyrəklərə gələn maddələr olur. Çoxları deyir ki, ona bütün zəhərlər, metallar, orqanizmin qalıqları toplanır. Amma bir qrup deyir ki, urina filtrə olunmuş plazmadan ibarət olub, heç bir toksiki təhlükə daşımır.

Çünki sidik metobolik dəyişimə məruz qalır, orqanizm onu özününküləşdirməlidir, yəni sidik orqanizmə yad məhlul deyil. Urina orqanizmin öz doğma maddələrindən təşkil olunduğu üçün təkrar olaraq orqanizmə daxil olduqda həll olmasına heç bir energetik sərfiyyat lazım olur.

Urinoterapiyanın niyə faydalı olmasını tərəfdarları olanlar belə izah edir:

-Müasir insanın qidası mikrolementlərlə kasaddır, ona görə urina orqanizm üçün mineral qida ola bilər. Urinada daha çox zülal xaric olur.
-İnsan xəstə olanda onun sidiyi ilə hormonlar, fermentlər və digər lazımi maddələr də yuyub gedir. Belə xəstələrin normal sidik qəbulu həmin itkini doldura bilər.

Praktiki olaraq bu xəstəliklərdə çox effekt alınır:

-Yoğun bağırsağın təmizlənməsi. Məlumdur ki, bağırsaqlar insanın ən uzun, həcmli orqanlarından biridir və kanalizasiyadır. O daim toksinləşir, xəstə insanda bədənə zəhər verir. Üstəlik parazit və qurdlar çox olur. Bağırsaqların belə deyək sidiklə dezinfeksiyası 20-dən çox xəstəlikdə effekt verir.
Bunun üçün 1 litr sidik istifadə olunur. bağırsaqlara imalə edilir.
-Damar tıxanıqlarına qarşı
- Bədəndə olan yara, yanmış sahə, zədəli yerlərə yaşlı adamın sidiyindən kompress qoyulur.
-Bədəndəki duzları həll edir Bunun üçün oynaqlara kompress olunur.
- Bədəndən qurdları, mikrobları tökür.

Sidik necə buxarlandırılır.

Urina həm daxilə, həm xaricə kompress, sarğı, yaxma, losyon kimi çəkilir.
Daxilə və xaricə əsasən buxarlandırılmış sidik tətbiq olunur, çünki yalnız bu halda mineral maddələrin konsentrasiyası artır.

Qədim hind mənbələrində deyilir ki, bu sidiyi almaq üçün metal olmayan, emallı və ya şüşə qaba 400 ml sidiyi alıb, orta odda 100 ml qalana kimi qaynadırlar. Beləliklə, sidiyin cəmi 4/1-i qalır. Məhz bu hissə müalicə üçün yararlıdır.

Bu sidiklə mikroimalələr - hər dəfə 100 ml yeridilməklə - orqanizmi selik, şlak, duz, çöküntü, qurd, daş, toksin, zəhərlərdən təmizləyir. Bu sidik bütün daxili orqanlar, sidik kisəsi, cinsiyyət orqanları, qasıq, əzələ, bağlar, böyrəklər, mədəaltı vəz- bütün orqanlara yaxşı təsir edir.

Sidiklə müalicəyə məhz belə imalə və kompreslərdən başlamaq lazımdır. Onu tez, necə oldu içməyə cəhd etməyin.
Həm də belə qaynadılıb buxarlandırılmış sidik dadı, rəngi, qoxusunu dəyişir, ümumiyyətlə, adi suya oxşayır.

Deyilənə görə, bu sidik bağırsaqda və uşaqlıqda olan polipləri, bəd və xoşxassəli şişləri öldürür.
Çox insanlarda belə imalələrdən sonra bədənindən dəhşətli çöküntü, qurd, selik, əcaib şeylər gəlib düşüb.

Hansı saatın sidiyi: səhər, günorta, axşam?

Hər növün öz xüsusiyyətlər var. Gecə 3-dən günorta 2-ə kimi olan sidik turş fazadı, 15:00-dan gecə 2-ə kimi olan qələvi. Birinci sidik xaricə istifadə, yara, yanıq, şiş, eləcə də daxilə hormonal problemlər üçün faydalıdır. Eləcə də səhər sidiyi kişi və qadin cinsi, uroloji xəstəliklərində istifadə edilə bilər.

Urinoterapiya ilə məşğul olanlar nə edir?

Sidikdən diş pastası, yaxalayıcısı əvəzi istifadə edir
Ən ağır xəstəliklərdə, adi qripdə belə aptekdən öncə sidiklə terapiyaya başlayır.
Dişləri sidiklə yaxalamaq mikrob, infeksiyaları öldürür, diş, damaq xəstəliklərini sağaldır, irini təmizləyir.
Qida borusundan mədəyə düşdükdə selikli qişanı təmizləyir, sekretor hüceyrələri aktivləşdirir, turşu-qələvi mühiti yaxşılaşdırır. Mədə qastriti və xərçənginə səbəb olan helikobakteri pylori bakteriyasını öldürür, iltihab əleyhinə təsir göstərir.
Sidik bağırsaqlara keçdikcə onların da divarlarını təmizləyir, aktivləşdirir, həzm yaxşılaşır, çəki normallaşır, insan iştahlı olur.
Disbakterioz, diareya, kolitdə çox faydalıdır.
Bağırsaqlardan qana sovrulan sidik artıq bütün orqanizmi gəzir və təsirini göstərir. Qanı durulaşdırır, saflaşdırır, gücləndirir, nəticədə qaraciyər təmizlənir.
İntensiv urinoterapiya ilə məşğul olduqda qidalanma dəyişilir, duz qəbul olunmur, ət, yumurta yeyilmir.

Urinoterapiya və xərçəng

Urinoterapiya bir sıra şiş xəstəliklərində effekt göstərib. Xüsusən süd vəzi, prostat, uşaqllıq, yumurtalıq, bağırsaq, mədə xərçəngi.
Bu barədə onlarla xəstə fikri var. Amma heç də bütün onkoloji xəstələr sidik içib sağalmır, bu absurddur.

Milli.Az