Kübranı sevgilisi taksidə döydü, sonra... - Evlilik istədiyi üçün - FOTO

16 Avqust 2019 12:19

İzmirdə 46 yaşlı Mustafa Ölməz adlı şəxs ondan ayrılmaq istəyən 26 yaşlı sevgilisi Kübranı taksidə döydükdən sonra tapança ilə ayağından vurub.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, yaralı gənc qadın dərhal xəstəxanaya çatdırılıb. Əli qana batan sevgilisi isə polislər tərəfindən saxlanılıb.

Qeyd edilir ki, Kübra sevgilisi Mustafa Ölməzə onunla evlənməyəcəksə ayrılacağını bildirdiyi üçün ölümcül hala salınıb.

Məhəmməd Vaqif
Milli.Az