Vüsalə Əlizadə hamilədir? - "Hər sevginin sonu belə bitsin" - FOTO

16 Avqust 2019 12:09

"Sirli avrasiya" verilişi ilə tanınan aparıcı Vüsalə Əlizadə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az bildirir ki, illər əvvəl aparıcı əri Azər İsmayılovdan boşanan Vüsalə Əlizadə hamilə qadın obrazına girib. İzləyicilərin çoxu əvvəlcə onun həqiqətən hamilə olduğunu düşünsələr də, sonradan bunun çəkiliş üçün olduğunu anlayıblar.

Aparıcı fotoya şərh olaraq: "Arzularınızın çin olduğu, ağlınıza gəlməyəcək qədər xoşbəxt olacağınız bir gün olsun inşallah. Hər sevginin, ailə birliyinin sonu belə xoşbəxtliklə bitsin, bizim filmin sonu kimi", - sözlərini yazıb.

İsmayıl
Milli.Az