Tvitterdə yenilik

16 Avqust 2019 12:14

Tvitter mikrobloqunda yeni funksiya hazırlanır.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, yeni funksiya sayəsində şəxsi yazışmalarda axtarış etmək mümkün olacaq.

Belə ki, şəxsi yazışmalarda daha əvvəlki tarixlərdə göndərilmiş mesajlar və fotoları axtarmaq asanlaşacaq. Bu sayədə daha çox istifadəçinin Tvitterdən istifadə edəcəyi gözlənilir.

Funksiyanın nə zaman istifadəyə veriləcəyi bilinmir.

Milli.Az