Qəzzafinin oğlunun məşuqəsi işdən qovuldu - FOTO

2 Noyabr 2011 14:32
Onun işsiz qalmasının səbəbi Mütəssimlə təmasları olub.

Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, Hessler məşuqu Mütəssimlə keçirdiyi vaxta heyfsilənmir.

"Qəzzafinin ailəsi çox yaxşı insanlar idi. Onların barəsində indi deyilənlərə inanmıram, çünki Mütəssimi yaxşı tanıyırdım", - Hessler deyib.

Almaniyanın "Telefonica" telekommunikasiya şirkətinin onunla reklam anlaşmasını ləğv etməsinə gəldikdə isə, Hessler "insanın həyatında problemlər olur: belə məsələlərə görə ruhdan düşməyə dəyməz" söyləyib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.