Türkiyə vətəndaşı Bakıda cinayət törədib qaçdı
13 Aprel 2010 12:55
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, naməlum avtomobil Qobustan qəsəbə sakini Coşğun Şamilovu vuraraq hadisə yerindən qaçıb. Hadisə Bakı-Qazax yolunun 64-cü kilometrliyində, Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.
Keçirilən axtarış tədbirləri nəticəsində yol qəzasını törədən şəxs müəyən edilib. Məlum olub ki, hadisə yerindən qaçan şəxs Türkiyə vətəndaşı Ramazan Dincalsandır. O, hadisəni idarə ertdiyi "Raf" markalı avtomobillə törədib.
Faktla bağlı cuinayət işi başlanıb, araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az