Azərbaycanda keçmiş məmur intihar etdi

15 Avqust 2019 18:59

Qubada intihar hadisəsi qeydə alınıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rayon sakini 60 yaşlı Canpolad Abbasov dünən axşam saatlarında özünü asıb. 

İntiharın səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, C.Abbasov bir müddət Əmlak Məsələləri Dövlət Komitəsinin Quba rayon şöbə rəisi olub. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az