"Roma" Cengiz Ünderlə müqaviləni uzatdı

15 Avqust 2019 18:04

"Roma" futbolçusu Cengiz Ünderlə müqaviləni uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyə millisinin üzvü 2023-cü ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşməyə qol çəkib. Müqavilənin digər detalları açıqlanmayıb.

Qeyd edək ki, 2017-ci ildən paytaxt klubunda çıxış edən 22 yaşlı yarımmüdafiəçi "canavarlar"ın heyətində 65 rəsmi oyuna 14 qol vurub.

Milli.Az