"Krosa" Yaponiyanı vurdu - 16 yaralı

15 Avqust 2019 15:09

Yaponiyanın qərbində tüğyan edən "Krosa" qasırğası 16 nəfərin xəsarət almasına səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 15 prefekturada sürüşmə və daşqınlar təhlükəsi ilə 7 minədək sakin təxliyə olunub.

Ümuumilikdə, 580 minə yaxın sakinin təxliyəsi gözlənilir. Qasırğa Sikoku və Küsü adalarında 280 mindən çox evi təhlükə altında qoyub.

Yaponiyanın qərbində 700-dək aviareys təxirə salınıb, dəmir yollarında hərəkət dayandırılıb.

Sinoptiklər 1200 millimetrədək yağıntının düşəcəyini planlaşdırır.

Milli.Az