"Diriliş Ertoğrulun" baş qəhrəmanının yeni imici tənqid edildi - FOTO

15 Avqust 2019 14:54

Hamının sevə-sevə seyr etdiyi "Diriliş Ertoğrul" filmindəki Ertoğrul rolunun ifaçısı Engin Altan Düzyatanın yeni imici pərəstişkarlarını qəzəbləndirib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, saç və saqqalını qırxdıran məşhur aktyorun bu addımı sevənlərinin sərt tənqidiylə qarşılanıb.

Onlar sosial şəbəkələrdə Düzyatanın fotolarının altına  "Yıkılış Ertoğrul", "Onun bu imici bizi xəyall qırıqlığına uğratdı" kimi şərhlər yazıblar.

Milli.Az