Filadelfiyada atışma baş verib: 6 polis əməkdaşı yaralanıb

15 Avqust 2019 08:02

ABŞ-ın Filadelfiya ştatında cinayətkarlarla polislər arasında atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində 6 polis əməkdaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Atışma baş verən yerə xüsusi təyinatlı polislər cəlb edilib.

Bildirilir ki, cinayətkarlardan biri saxlanılıb, digərinin isə saxlanılması üzrə əməliyyat davam etdirilir.

Milli.Az